Median.Az xəbər verir ki, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Cabbarzadə saxlanılıb, şəxsi axtarış zamanı ondan heroin və tiryək götürülüb.
Onun idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı, oradan 8 kq-dan artıq marixuana aşkar edilib.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.