Median.Az xəbər verir ki, Muxax kəndində rayon sakini Aqşin Qədirov ailə münaqişəsi zəmnində həyat yoldaşı Büllurə Qədirovaya bıçaqla xəsarətlər yetirərək, onu qətlə yetirib.
Daxil olan məlumat əsasında istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Zaqatala rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.