SOS! Azərbaycanda xərçəng xəstələrinin sayı durmadan artır - STATİSTİKA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

SOS! Azərbaycanda xərçəng xəstələrinin sayı durmadan artır - STATİSTİKA

Azərbaycanda onkoloji xəstələrin ümumi sayında artım var.

Median.Az
sputnik.az-a istinadən xəbər verir ki, 2017-ci ildə Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 45 min 756, 2018-ci ildə isə bu rəqəm 48 min 685 olub.

2017-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 11 min 192, 2018-ci ildə isə 11 min 123 olub.

2017-ci ildə bu xəstələrin 5 min 415-ni kişilər, 5 min 777-ni isə qadınlar, 2018-ci ildə belə xəstələrin 5 min 468-ni kişilər, 5 min 655-ni qadınlar təşkil edib.

2017-ci illə müqayisədə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların sayında da artım olub. Belə ki, 2017-ci ildə xərçəng xəstəsi olan 0-13 yaşlı uşaqların sayı 99, ötən il isə 103 nəfər təşkil edib.

2017-ci ildə xəstə olan 14-17 yaşlı yeniyetmələrin sayı 31, 2018-ci ildə isə 21 olub. 2017-ci illə müqayisədə 18-29 yaşlı xəstə şəxslərin sayında isə azalma olub. Belə ki, 2017-ci ildə bu yaş aralığında olan onkoloji xəstə şəxslərin sayı 279, ötən il isə 243 nəfər təşkil edib.

30-34 yaşlı onkoloji xəstə şəxslər arasında da artım nəzərə çarpır. 2017-ci ildə həmin yaş aralığında olaraq onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı 250, ötən il isə 254 olub.

2017-ci illə müqayisədə 35-39 yaşda bu xəstəlikdən əziyyət çəkənlərin sayında isə azalma olub. Belə ki, həmin ildə 380, ötən il isə 366 nəfər onkoloji xəstəlikdən əziyyət çəkib.

2017-ci ildə 40-59 yaşlı onkoloji xəstə şəxslərin sayı 5 min 121, 60 və yaşı daha yuxarı olan onkoloji xəstələrin sayı 5 min 32 olub. Ötən il 40-59 yaşlı onkoloji xəstə şəxslərin sayı isə 4 min 836, yaşı 60 və daha yuxarı olan şəxslərin sayı isə 5 min 300 olub.

Mədə xərçəngindən əziyyət çəkənlərin sayı 2017-ci ildə 1235, ötən il isə 1 211 nəfər, traxeya, bronx və ağciyər xərçəngindən əziyyət çəkənlərin sayı 1 304, süd vəzisi xərçəngindən əziyyət çəkən şəxslərin sayı 1 967 olub.

Ötən il isə mədə xərçəngindən əziyyət çəkənlərin sayı 1 211 nəfər, traxeya, bronx və ağciyər xərçəngindən əziyyət çəkənlərin sayı 1 341, süd vəzisi xərçəngindən əziyyət çəkənlərin sayı isə 1 799 olub.

Qeyd edək ki, bu rəqəmlər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 030 14.06.19 13:29