Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər BPİ və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın, içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıblar.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.