Qənirə Paşayeva qadınlara çağırış etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:40 Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll ediblər”  |     13:36 Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA  |     13:24 TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB  |     23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |    

Qənirə Paşayeva qadınlara çağırış etdi

Millət vəkili Qənirə Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə çıxış edib

Beynəlxalq Qadınlar Klubunun rəhbərliyini və üzvlərini təbrik edib, daha da böyük uğurlar diləyib. Bir sıra xarici ölkələrdən gəlmiş qonaqların iştirak etdiyi tədbirdə Beynəlxalq Qadınlar Klubunun fəaliyyəti dövründə həyata keçirdiyi işlərin, layihələrin, xeyriyyə tədbirlərinin təqdirəlayiq olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva bu kimi tədbirlərin davamlı olmasını diləyib.

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb və görülən işlərdə Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Qənirə Paşayeva bildirib ki, bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir.

Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edirlər. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir. Millət vəkili Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə rolunun genişlənməsi istiqamətində həyata keçirilən işlər barədə də məlumat verib.

Millət vəkili Qənirə Paşayeva tədbir çərçivəsində Beynəlxalq Qadınlar Klubunun üzvləri, xaricdən gəlmiş fəal qadınlar ilə görüşüb, fikir mübadiləsi aparılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 213 13.06.19 16:56