Bakının Binəqədi rayonundakı yanğın söndürülüb.
Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri qısa müddətdə yanğının qarşısını alıblar.
* * * *
Bakının Binəqədi rayonunda güclü yanğın başlayıb.
Hadisə ilə bağlı görüntülər oxu.az-ın redaksiyasına daxil olub.
İlkin ehtimallara görə, hadisə bu gün 14:15 radələrində Xutor adlanan ərazidəki istifadəyə yararsız tulantılar olan yerdə başlayıb.