Bakıda it uşağı dişlədi, sahibləri isə anaya hücum çəkdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:10 Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO  |     12:08 Azərbaycanda külli miqdarda pul yatırılan matç: Danışılmış oyun “radar”a düşdü - VİDEO  |     12:07 Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO  |     12:04 Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA (VİDEO)  |     12:03 Sulutəpədə qadını maşın vurub parçaladı  |     11:51 Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var  |     11:38 Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək  |     11:21 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |    

Bakıda it uşağı dişlədi, sahibləri isə anaya hücum çəkdi - FOTO

Paytaxt ərazisində daha bir uşağa it hücum edib.

Hadisə dünən Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında olub. Parkda gəzən cütlüyün iti azyaşlı uşağa hücum edərək qolunu dişləyib.

İtin hücumuna məruz qalan uşaq "Publika.az" xəbər portalının əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist hadisə barədə bu barədə sosial şəbəkədə məlumat verib:

“Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Fotodan da göründüyü kimi itin “ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”.

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər: "Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz".
/Baku.ws/





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 635 13.06.19 14:14