Bu banklar və kredit təşkilatları cərimələnəcək » Median.Az News Agency


Bu banklar və kredit təşkilatları cərimələnəcək
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi təklif olunur.

Məcəllənin 471-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, poçt rabitəsinin milli operatoru, kredit büroları, idman mərc oyunlarının operatorları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, lotereya təşkilatçısı, investisiya fondları və onların idarəçiləri tərəfindən qanuna uyğun olaraq müəyyən edilən məbləğdə və qaydada haqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (Maliyyə Bazarlarına Nəzarət Palatası) ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Məcəlləyə dəyişiklik parlamentin növbədənkənar sessiyasının ilk plenar iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

//oxu.az
скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          745 13.06.19 13:27