“Yanardağ”a giriş qiymətləri açıqlandı » Median.Az News Agency


“Yanardağ”a giriş qiymətləri açıqlandı
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna girişin qiymətləri açıqlanıb.

Bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıqlama verib.

Onun sözlərinə görə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda qiymətlər avqustun 1-dən artırılacaq:

“Xarici vətəndaşlar üçün qoruğa giriş doqquz manat, yerli vətəndaşlar üçün isə iki manat, tələbələr üçün bir manat, məktəblilər üçün isə pulsuz olacaq. Bir sıra şirkətlər əvvəlcədən saziş bağlayıblarsa və əllərində sübut varsa, onlar köhnə qiymətlərlə qoruğa daxil olacaqlar”.

Fuad Nağıyev qeyd edib ki, gün ərzində “Yanardağ”a 500-700 əcnəbi turist gəlir və hazırda da dinamika müşahidə edilir:

“Yerli əhali də bura gəlməyə maraqlıdır. Təbliğatı davam etdirməliyik, hotellər, turizm informasiya mərkəzlərində “Yanardağ”la bağlı məlumatlar olacaq”.

//oxu.az

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          857 13.06.19 13:07