Yohannes Han: Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir » Median.Az News Agency


Yohannes Han: Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir
Azərbaycan Aİ üçün əsas tərəfdaşlardan biridir. Xüsusilə iqtisadi və ticarət baxımından. Bu forum Aİ ilə Azərbaycan arasında intensivləşən və inkişaf edən əlaqələrə bir nümunədir.

Bunu Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətlərindəki səylərini müsbət qarşılayır:

“Düşünürəm ki, Azərbaycan bu istiqamətdə düzgün istiqamət seçib. Nümunə üçün, keçən il Azərbaycanda İKT sektoru 9 faiz artımı göstərmək olar. Biz hansı sahədə mümkündürsə, orada göstərilən səyləri dəstəkləməyə hazırıq.

Ona görə nikbinəm və ümid edirəm ki, Aİ ilə Azərbaycan arasında hər tərəfli əməkdaşlığa dair saziş tez biz zamanda imzalanacaq. Bu, yetərincə iddialı sazişdir və hər iki tərəf bunun ərsəyə gəlməsini istəyir. Hər iki tərəf arasında əməkdaşlıq potensialı onu göstərir ki, biz bu imkanları şirkətlərimizə təmin edə bilərik. Bu saziş Aİ-nin əsas prioritetlərindən biridir. Bu, Aİ və Azərbaycan arasında intensivləşən əməkdaşlığın növbəti sübutu olacaq”.
//oxu.azскачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          407 13.06.19 12:03