Yardımlıda yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var - FOTO » Median.Az News Agency


Yardımlıda yük maşını dərəyə aşıb, 1 ölü, 2 yaralı var - FOTO
Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, hadisə rayonun Haronu kəndi ərazisində, "Böyük dərə" adlandırılan ərazidə baş verib.

Rayonun 1992-ci il təvəllüdlü Köryədi kənd sakini Abışov Ceyhun Cavanşir oğlu sükanı arxasında olduğu "Kamaz" markalı, "10-DG-325" dövlət qeydiyyat nişanlı avtomobil ilə ot bağlaması aparan zaman idarəetməni itirib. Nəticədə "Kamaz" 500 metrlik dərəyə yuvarlanıb. Qəza zamanı maşının sərnişini, rayonun 1978-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Namik Mirhəsən oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü C.Əbişov və digər sərnişin, 2002-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Rafiz İbrahim oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          386 12.06.19 23:54