Yaşlı qadınlar gümrah qalmaq üçün nə etməlidir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yaşlı qadınlar gümrah qalmaq üçün nə etməlidir?

Yaşlı qadınların gümrah qalması üçün həftədə azı 150 dəqiqə ərzində orta intesivlikli fiziki tapşırıqlar yerinə yetirmələri, o cümlədən, gəzintiyə çıxmalıdır. Bu tövsiyələr fiziki aktivliklə sağlamlıq səviyyəsi arasındakı qarşılıqlı əlaqəni tədqiq edən elmi araşdırmaya əsaslanır.

Bu barədə “The New York Times” qəzetində məqalə dərc olunub.

Bəzi mütəxəssislər fiziki tapşırıqların və ya fiziki yüklənmənin dəqiqələrlə ölçülməsinin düzgün yanaşma olmadığını hesab edir və alternativ metodlar irəli sürür.

Harvard Universitetinin tibb professoru Ay-Min Linin fikrinə görə, yaşlı qadınlarda fiziki yüklənmə səviyyəsini addım sayı ilə ölçmək daha məqsədəuyğundur.

Professor Li və onun həmkarları qadınların gümrah və sağlam qalması üçün müəyyən vaxt kəsiyində nə qədər addım atmalı olduğunu araşdırıb. Onlar yaşı 70-dən yuxarı 17 mindən çox qadın arasında aparılan müşahidələrin nəticələrini təhlil edib.

Mütəxəssislər qət edib ki, erkən ölüm riskini aşağı salmaq üçün günə 7,5 min addım atmaq lazımdır. Orta göstərici isə sakit gəzinti şəraitində 4,5 min addımdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 350 12.06.19 19:20