Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktor 5 il 6 ay cəza alıb » Median.Az News Agency


Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktor 5 il 6 ay cəza alıb
Bakı Ağır Cinayətlər Məhkəməsində İkram Rəhimovun CM-nin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrarən hədə-qorxu yolu ilə tələb etmə) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az x
əbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata əsasən, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil lmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb. Ötən il oktyabrın 26-da Rəhimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş qismində dindirilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          859 12.06.19 17:44