Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb » Median.Az News Agency


Gəncədə oğurluq edən 5 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlayan Gəncə şəhər sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıblar.

Bundan başqa, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 evdən su sayğacı və su mühərriki, habelə 2 avtomobildən akkumulyator oğurlayan Gəncə şəhər sakini S.Abbasov saxlanılıb.

Nizami RPİ-nin əməkdaşları tərəfindən iyunun 8-də rayon ərazisindəki köşkdən 250 manat oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılıb.

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində 3 avtomobildən akkumulyator və maqnitofon oğurlayan Gəncə şəhər sakini N.Abbasov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          593 12.06.19 14:35