Acqarına su içmənin 10 vacib FAYDASI - 1001 dərdin dərmanı » Median.Az News Agency


Acqarına su içmənin 10 vacib FAYDASI - 1001 dərdin dərmanı
İnsan bədəni əsasən sudan təşkil olunub. Əzələlərin 75 faizi, beynin 90 faizi, sümüklərin 22 faizi və qanın 83 faizini su təşkil edir. Bəs acqarına su içməyin insanlara nə kimi xeyri var?

Median.Az 
report-a istinadən acqarına su içməyin 10 faydasını təqdim edir:

1. Səhər yeməyindən əvvəl 1 və ya 2 stəkan su içmək toksitlərdən azad olmağa və bədənimizdən lazımsız maddələri atmağa kömək edir. Belə olduqda su bədəndə gedən maddələr mübadiləsini sürətləndirir və xəstəliklərdən qorunmağımıza kömək edir.

2. Yuxuda olduğumuz müddətdə bədənimiz hüceyrələrimizi bərpa etmək və özünü yeniləmək üçün işləyir. Səhər ac qarnına su içməklə siz lazımsız maddələrin idrar yolu ilə bədəninizdən atılmasına kömək edəcəksiniz.

3. Acqarına su içmək alkoqol, tütün, çirkli hava və düzgün qidalanmamaq nəticəsində bədənimizə daxil olan zərərli maddələrin təsirini azaltmağa kömək edir.

4. Su üzümüzün ən yaxşı dostlarından biridir. Acqarına su içmək üz dərimizin elastikliyini qorumağa köməkçi olur və erkən qırışların qarşısını alır.

5. Səhər tezdən su içmək həyat orqanlarımızın su ehtiyacını qarşılayır və sağlam şəkildə işləməklərinə kömək edir.

6. Boş mədəyə 2-3 stəkan su içmək çəki atmağa yardım edir. Su bədəndəki yağ və kalorini yandırır, həmçinin aclıq hissini öldürür və artıq yeməyin qarşısını alır.

7. Səhərlər su içmək limfa düyünləri və bağırsaqların sağlamlığını qoruyur. Bununla kortizol dəyərlərimizi kontrol etməyimizə kömək edərək bizi infeksiyalardan qoruyur.

8. Acqarına 1 stəkan ilıq su içmək günə enerji ilə başlamağın ən yaxşı yoludur. Səhərlər yuxululuğu və yorğunluğu aradan qaldırır.

9. Səhər yeməyindən əvvəl su içmək bağırsaqda hərəkətlənməni canlandıraraq qəbzliyin qarşısını almağa yardım edir.

10. Əgər qastrit və bu kimi problemlər yaşayırsınızsa su ən yaxşı köməkçiniz ola bilər. Acqarına ən az 3 stəkan su içmək mədənizdəki turşuluq səviyyəsini aşağı salır və qastritə səbəb olan spazmaların qarşısını alır. скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          796 12.06.19 13:56