Mobil oyunlardan asılılıq niyə yaranır? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |    

Mobil oyunlardan asılılıq niyə yaranır? – VİDEO

Həm uşaqları, həm də böyükləri virtual aləmə cəlb edən əsas faktorlardan biri də onlayn oyunlardır. Hətta iş o yerə çatıb ki, bütün günü iş-gücünü atıb vaxtını bu oyunlara sərf edənlər də var. Daha çox isə yeniyetmə və gənclər arasında...

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Bəzən oynadığım vaxtlar olub amma vaxt alır deyə çoxda önəm vermirəm”.

Sakin: “Çox yox arada oynuyuram. Asılılığım yoxdu amma bir dostum var bir onlayn oyunda təxminən 3500 saata yaxın vaxtı var”.

Onlayn oyunlardan asılılıq bekar qalmaqdan irəli gəlir. Kimin boş vaxtı çoxdursa, belə məşğuliyyətə meyillənir, zamanla isə bu, onun daha çox vaxtını almağa başlayır.

Rəşad Əsgərov – Sosioloq: “Ya azyaşlı uşaqlar, məktəblilərdir ki, onlar müəyyən qədər dərsdən sonra boş vaxtları olur valideynlərin nəzarətindən çıxırlar, bu oyunların aludəçisinə çevrilirlər. Digər bir qrup isə müəyyən qədər daimi iş yeri olmuyan və yaxud da asudə vaxtı çox olanlardır”.

Xüsusən, məktəblilərin belə oyunlara çox vaxt sərf etməsi arzuolunmazdır. Bu onların təhsilinə mənfi təsir etməklə yanaşı, formalaşmasına da zərbə vura bilər.

Yaşından asılı olmayaraq davamlı bu oyunları oynayan insanlar günü-gündən acizləşir və ondan əl çəkə bilmirlər. Bu da insanda həm davranış pozuntularına, həmdə psixoloji problemlərə gətirib çıxarır.

Könül Cəfərova - Psixoloq: “Həmin uşaqlar bu virtual aləmin müəyyən qədər gerçəkliklərini özləri üçün şüur altı qəbul edirlər və buda təbiiki ciddi fəsadlar yaratmış olur. Şəxsiyyət pozuntularına gətirib çıxarır və yaxudda həmin uşaqların intiharına gətirib çıxarır. Və yaxudda həmin etaplarda uşaqların real aləmdən uzaqlaşıb sosiallaşmasına mane olur.

Rəşad Əsgərov - Sosioloq: “İnsanları bu oyunlardan asılı olduqca deaktiv vəziyyətə düşürlər aktivlik itir passiv həyat tərzi keçirirlər və bu asılılıq onlarda müxtəlif xəstəliklər yaradır hətta oyuna görə ailə üzvlərinə qarşı uşaqlarına qarşı qohum əqrabasına qarşı müəyyən qədər aqressiv hərəkət edənlər fiziki şiddət göstərməklə nəticələnir”.

Bu bəladan çıxış yolu isə insanlarda ünsiyyəti artırmaqdır. Çünki real dünyada arzuladlığı münasibəti görməyənlər virtual aləmə meyl salırlar.

Könül Cəfərova - Psixoloq: “Bacardıq qədər valideynlər dostcasına həm yeniyetməlik dövründə, mənini tanıma dövründə uşaqlarnan dost olsunlar. Bacardıq qədər onların maraqlarına maraq göstərib onlarla sanki eyni etapa eyni rakursdan eyni pozisiyaya baxmağa çalışsınlar ki, övladlarını nə ilə və ya nə üçün necə məşğul olduqlarının fərqinə varsınlar”.

Bu gün ətrafımızda onlayn oyunlardan asılı vəziyyətə düşən insanlar çoxdur. Həmiş insanlara qarşı münasibətimizi dəyişsək, ünsiyyəti artırsaq onları bu bəladan qutara bilərik. Əks halda isə virtual dünya onları günbəgün reallıqdan uzaqlaşdıracaq və cəmiyyət olaraq bir insanı itirmiş olacağıq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 617 12.06.19 13:53