Bakıda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb » Median.Az News Agency


Bakıda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16- və 26-da rayon ərazisindəki 2 evdən məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əhmədov saxlanılıb.

Bundan başqa, Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri istintaq-axtarış tədbirləri nəticəsində fevralın 23-də rayon ərazisindəki evdən 700 manat pul oğurlayan Bakı şəhər sakini A.Dünyamalıyev saxlanılıb.

Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 10-da Biləcəri qəsəbəsindəki evdən 400 manat dəyərində qızıl boyunbağı oğurlayan qonşuluğda yaşayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Hacıyev saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          696 12.06.19 13:52