Kürdəmirdə piyadanı maşın vurub » Median.Az News Agency


Kürdəmirdə piyadanı maşın vurub
Kürdəmir rayonunun Şıxımlı kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az
-ın report-a istinadən məlumatına görə, 1971-ci il təvəllüdlü yerli sakin Məmmədov Vidadi Ağamməd oğlu yolu keçmək istəyən zaman "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          460 11.06.19 23:46