Futbol üzrə AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Slovakiya oyunu başa çatıb.
Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib.
Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar.
Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub - 5:1.
Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.
Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.
21:43
Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunu başlayıb.
Median.Az-ın report-a istinadən məlumatına görə, E qrupunda mübarizə aparan komanda "Bakcell Arena"da Slovakiyanı qəbul edir.
*** 18:44
AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.
Median.Az-ın report-a istinadən məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.
Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov
Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da başlayacaq.