Kürün səviyyəsi düşüb: balıqlar çaya girə bilmir - FOTO/VİDEO » Median.Az News Agency


Kürün səviyyəsi düşüb: balıqlar çaya girə bilmir - FOTO/VİDEO
Son günlər Kür çayının aşağı axınında suyun səviyyəsi 1,3 metr aşağı düşüb.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu, həm Salyan, həm də Neftçala rayonları ərazisində nəzərə çarpır.

Belə ki, suyun səviyyəsinin aşağı düşməsi nəticəsində çayın bəzi yerlərində adalar əmələ gəlib. Kür sahili boyu quraşdırılmış dayanıqlı su nasosları isə tam gücü ilə işləyə bilmir.

Ekoloqların fikrincə, çayda suyun səviyyəsinin bu qədər aşağı düşməsi flora və faunaya da təsir göstərir. Üstəlik, Kürün delta hissəsində balıqlar çaya girə bilmir. Bu da gələcəkdə balıqların nəslinin tükənməsinə gətirib çıxara bilər. Mütəxəssislərin qənaətinə görə, Kür çayında enmələr belə davam edərsə, gələcəkdə vəziyyət kritik həddə çata bilər.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          376 11.06.19 19:09