Qaraçuxurda "Mercedes" sürücüsünü öldürən şəxslər tutulub » Median.Az News Agency


Qaraçuxurda "Mercedes" sürücüsünü öldürən şəxslər tutulub
Median.Az xəbər verir ki, iyunun 7-də Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini, 33 yaşlı Ədalət Əliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin “Mercedes” markalı avtomobilində tapılması barədə DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olub.

Hadisə yerinə baxış keçirilib və müvafiq zəruri tədbirlər həyata keçirilib.

Suraxanı RPİ 32-ci polis bölməsi və rayon prokurorluğu əməkdaşlarının təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Bakı şəhər sakinləri E.Cəfərzadə, A.Mustafayev və A.Ağabalayev saxlanılıblar.

Suraxanı rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          643 11.06.19 18:56