Bakıda avtomobillərdən oğurluq edən 5 nəfər saxlanılıb » Median.Az News Agency


Bakıda avtomobillərdən oğurluq edən 5 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13- və 15-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən qol saatı, “Ford” markalı avtomobildən isə mobil telefon oğurlayan Astara rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əlizadə saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsində 2 avtomobildən akkumulyator oğurlayan paytaxt sakinləri, əvvəllər məhkum olunmuş S.Məmmədov və qardaşı Z.Məmmədov saxlanılıblar.

Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaş Ə.Həsənova məxsus avtomobildən 300 manat pul və sənəd oğurlayan Bakı şəhər sakini E.Əliyev saxlanılıb.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Bakı şəhər sakini E.Yusifovanın avtomobilindən, içərisində gümüş əşyalar olan 2 ədəd çantanı oğurlayan Bakı şəhər sakini O.Musavi saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          565 11.06.19 17:55