Bakıda maşın ikiyə bölündü, sürücü sağ qaldı - VİDEO » Median.Az News Agency


Bakıda maşın ikiyə bölündü, sürücü sağ qaldı - VİDEO
Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Ələt qəsəbəsində qeydə alınan qəzada yüksək sürətlə hərəkətdə olan “Lada Priora” markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib və maşın işıq dirəyinə, daha sonra yol kənarındakı dayanacağa çırpılıb.

Zərbənin təsirindən avtomobil ikiyə bölünüb. Qəza zamanı sürücünün xəsarət alaraq, xəstəxanaya çatdırıldığı bildirilir.



скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 088 11.06.19 15:27