Gəncədə 14 yaşlı övladını döyən valideyn tutuldu - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |    

Gəncədə 14 yaşlı övladını döyən valideyn tutuldu - RƏSMİ

Gəncədə azyaşlı övladını döyən valideyn tutularaq istintaqa cəlb edilib.

Gəncə Şəhər Prokurorluğundan Azxeber.com-a verilən məlumata görə, şəhər sakini 2005-ci il təvəllüdlü Oqtay Nəbiyevin (ad, soyad şərtidir) atası tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102” xidmətinə daxil olmuş məlumat əsasında Gəncə şəhər Nizami Rayon Polis İdarəsində aparılmış ilkin araşdırma zamanı dərhal hadisə yerinə baxış keçirilib, hadisənin şahidlərinin izahatları alınıb və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Fakta görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayətin İlham Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 106 11.06.19 13:28