Putinin limuzinini istehsal edən müəssisəyə azərbaycanlı rəhbər seçildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Putinin limuzinini istehsal edən müəssisəyə azərbaycanlı rəhbər seçildi

“Kortej” layihəsi çərçivəsində prezident limuzinləri istehsal edən “Aurus” şirkətinə bundan sonra soydaşımız Adil Şirinov rəhbərlik edəcək. Adil Şirinov bu vəzifəyə təyin edilənə qədər “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodun (UAZ) baş direktoru vəzifəsində çalışırdı.

“2019-cu il iyunun 1-dən etibarən “Aurus ” şirkətinin baş direktoru Gerxard Hilqerti bu vəzifədə Adil Şirinov əvəz edir. Adil Şirinov Rusiyada avtomobil sənayesi sahəsinin ən yaxşı mütəxəssislərindən biridir, onun peşə təcrübəsi və bilgiləri “Aurus” brendinin inkişafını növbəti mərhələyə yüksəldəcək”,-deyə Rusiya Sənaye Ticarət Nazirliyinin yaydığı məlumatda bildirilir.

Öz növbəsində Adil Şirinov qeyd edib ki, “Aurus” ailəsinə qoşulmaq onun üçün böyük şərəfdir: “Hesab edirəm ki, “Aurus”un yeni brendinin yaradılması layihəsi çərçivəsində nəhəng işlər görülüb, bu sahədə peşəkar komanda yaradılıb. Bu komanda yeni , müasir avtomobillərin istehsalı üzrə hər cür yeniliyi əldə etməyə və öyrənməyə qadirdir. Qarşımızda yeni “lüks” sinif rus avtomobillərinin istehsalı və dünyada bu bazarın inkişaf etdirilməsi kimi mühüm vəzifə dayanır”, - deyə Şirinov bildirib.

Qeyd edək ki, 2017-ci ildə “Ford Sollers” müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub. O, “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib.

1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var. O, 1990-cı ildən avtomobil sənayesində çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 652 10.06.19 23:24