Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana bir ildə 800 min rusiyalı turist gəlib

10.06.2019 15:51 4 457
Azərbaycana bir ildə 800 min rusiyalı turist gəlib
Ötən il Azərbaycana 800 min rusiyalı turist səfər edib.

Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

“2018-ci ildə Azərbaycana 800 min rusiyalı turist gəlib. Bu, o deməkdir ki, Azərbaycan Rusiya üçün cəlbedici bir məkana çevrilir. Moskvada turizm üzrə Azərbaycan nümayəndəliyi açılıb, qarşılıqlı təmaslar qurulur”, - deyə səfir mətbuat konfransında bildirib.

Səfir ölkələr arasında hava nəqliyyatının inkişafından söz açıb.

“Bizim ölkənin regionları ilə Azərbaycan arasında uçuşların təşkili üçün rəsmi aviadaşıyıcıların sayının artırılması ilə bağlı müzakirələr gedir”, - deyə səfir bildirib.

Xəzər dənizində kruiz nəqliyyatına gəlincə, səfir bu istiqamətdə hazırlıq işlərinin davam etdirildiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Turizm Bürosunun baş direktoru Florian Senqstşmid Azərbaycanın turizm imkanlarını aktiv şəkildə genişləndirməyə başladığını və cari ildə Rusiyadan bir milyona yaxın qonağın gələcəyinin istisna edilmədiyini bildirmişdi.

Onun sözlərinə görə, 2018-ci ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayında 5 faiz artım qeydə alınıb.

Son xəbərlər