Çay içə-içə siqaret çəkən kişilərə – Ciddi XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Çay içə-içə siqaret çəkən kişilərə – Ciddi XƏBƏRDARLIQ

Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.

Bununla bağlı mütəxəssisin fikirlərini oxuculara təqdim edirik.

Həkim bildirib ki, dünyada xərçəng ölümlərində 6-cı sırada qida borusu xərçəngi dayanır: "Bu xərçəng növünə nadir rastlanır və özünü gec biruzə verir. Qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var - mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi".

Y. Gümürdülü qida borusu xərçənginin kişilərdə daha çox görüldüyünü deyib. Onun sözlərinə görə, xüsusilə isti içkilərlə siqareti birlikdə istifadə edənlər böyük risk altındadır: "Bu xəstəlikdə riskli qrup 50 və 70 yaş arasıdır. Endoskopik müayinə xərçəngin aşkarlanmasında önəmli rol oynayır. Müalicə üsulu isə 3 yöndə - cərrahi, radioloji və onkoloji olaraq aparılır. İlkin mərhələdə cərrahi üsul çox daha müvəffəqiyyətlidir. Ancaq xərçəngin ətrafındakı toxumalara yayılması halında radioloji müalicəsi və kimya terapiya müalicəsi ilə stend tətbiq olunur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 442 08.06.19 20:27