Mojo.az Banner
23:03 İranda zavodda partlayış oldu - Ölənlər var  |     22:58 İlin sözü seçildi  |     22:51 Velosipeddən yıxılan 9 yaşlı uşaq öldü  |     22:49 Naxçıvanın Ali Məhkəməsinin yeni sədri kimdir? - DOSYE  |     22:45 Məhkuma telefon ötürülməsinin qarşısı alınıb  |     22:42 Qurban Qurbanov Əkbərlə görüşdü - Video  |     22:36 Ukraynada 100 gün ərzində prezident seçkiləri keçirilə bilər  |     22:31 Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı  |     22:26 "Eliko"nun vəzifəli şəxsi cərimələndi  |     22:19 FHN 3 nəfərin meyitini aşkarlayıb  |     22:13 “Neftçi” xal itirdi  |     22:08 Gizir Xanıya şəhidlik statusu verildi  |     21:53 DİN və prokurorluq Biləsuvardakı qətllə bağlı məlumat yaydı  |     21:39 Şabranda qanunsuz ov edən şəxs saxlanılıb  |     21:33 Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək  |     21:25 Gömrük generalı təqaüdə göndərildi  |     21:24 Türkiyədə tanınmış jurnalistlərin narkoloji test nəticəsi məlum oldu  |     21:15 Azərbaycanda bu məktəblər distant təhsilə keçəcək (VİDEO)  |     21:09 Xaçmazın 26 kəndində qaz olmayacaq  |     21:01 Vüqar Əhməd sərbəst buraxıldı  |    
Left Banner
Right Banner

Bakıya CNG avtobusu gətirildi

08.06.2019 19:42 1 485
Bakıya CNG avtobusu gətirildi
“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının müasir, ekoloji standartlara cavab verən təbiət dostu avtobuslarla yeniləməsi istiqamətində yeni fəaliyyət proqramının icrasına başlayıb.

Median.Az
xəbər verir ki, şirkətin 10 ildən çoxdur əməkdaşlıq etdiyi “Anadolu İsuzu” şirkəti tərəfindən istehsal edilmiş və sıxılmış təbii qazla (CNG) işləyən test avtobusu artıq paytaxtımıza gətirilib. AVRO-6 standartlarına cavab verən “İsuzu Citiport CNG” markalı bu avtobus 11-13 iyun tarixində Bakıda keçiriləcək 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisində nümayiş etdiriləcək. Beynəlxalq sərginin başa çatmasından sonra avtobus paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək və əvvəlcədən tərtib edilmiş proqrama uyğun olaraq test mərhələsi həyata keçiriləcək.

Nəzərinizə çatdıraq ki, “Xaliq Faiqoğlu” şirkəti ekoloji standartların qorunmasına, AVRO standartların tətbiqinə böyük əhəmiyyət verir və inkişaf strategiyasını bu prinsip əsasında formalaşdırır. Şirkət son illərdə avtobus parkını əhəmiyyətli dərəcədə yeniləyib və sərnişinlərə AVRO-5 standartlarına cavab verən müasir nəqliyyat vasitələri ilə xidmət göstərilir. Şirkət 2019-2022-ci illəri əhatə edən yeni inkişaf strategiyası çərçivəsində CNG ilə çalışan (AVRO-6 standartlı) 120 ədəd nəqliyyat vasitəsini paytaxtımıza gətirməyi planlaşdırır.скачать dle 11.3