II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək » Median.Az News Agency


II Avropa Oyunlarında iştirak edəcək idmançılarla görüş keçiriləcək
Milli Olimpiya Komitəsində Minsk-2019 Avropa Oyunlarında iştirak edəcək idmançılar və nümayəndə heyəti ilə görüş keçiriləcək.

İyunun 10-da baş tutacaq görüşdə gənclər və idman naziri Azad Rəhimov və MOK vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək.

Tədbir çərçivəsində Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin təmsilçiləri idmançılara oyunlarla bağlı vacib məlumatları verəcək və sualları cavablandıracaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          432 08.06.19 18:13