Abşeronda 6 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb. » Median.Az News Agency


Abşeronda 6 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb.
Median.Az xəbər verir ki, 2013-cü ilin dekabr ayında vətəndaş Y.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən şəxs, maşının təhlükəsizlik kəmərini onun boğazına keçirib, boğacağı ilə hədələyərək 100 manat pulunu, 2 ədəd mobil telefonunu və avtomobilin açarını alıb.

Bununla əlaqədar zərərçəkmiş Abşeron RPİ-nə müraciət edib, lakin "isti izlər"lə o vaxt şübhəli şəxsi müəyyən etmək mümkün olmayıb.

Ötən gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş E.Çərkəzov saxlanılıb.

Faktla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          509 08.06.19 13:36