Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Nurməhəmmədov Porye ilə döyüşə hazırlıqdan danışdı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla yeni müqaviləsi və onun xüsusiyyətlərindən danışdı.

Median.Az
“Sport24.ru”-ya istinadla bildirir ki, rusiyalı idmançı danışıqların çətin keçdiyini boynuna aldı.

“Müqavilənin şərtlərini açıqlamaq istəmirəm, amma nəticədə istədiyim kimi oldu. Deyə bilmərəm ki, UFC-nin ən yaxşı müqaviləsidir, lakin ən yaxşı üçlüyə daxil etmək olar”, - Nurməhəmmədov vurğulayıb və əlavə edib ki, liqanın qarşısında beş şərt irəli sürüb: “Mən liqaya şərtlərimin yerinə yetirilməyəcəyi təqdirdə yeni müqavilə imzalamayacağımı bildirdim. Mən və komandam bunu qazanmışıq”.

Nurməhəmmədov sentyabrın 7-də Abu-Dabidə Dastin Porye ilə baş tutacaq döyüşə hazırlıqların necə getdiyindən də danışdı.

“Hazırda bir ay müddətində dağlarda məşqlər keçməliyəm, sonra isə iki ay ərzində AKA-nın zalında hazırlaşacağam. Nəhayət, son 15 gündə isə Abi-Dabidə mühitə uyğunlaşmaq üçün məşqlər keçəcəyəm”, - deyə çempion bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 478 08.06.19 13:34