İmişlidə benzin daşıyan maşın partlayıb - FOTO » Median.Az News Agency


İmişlidə benzin daşıyan maşın partlayıb - FOTO
İmişlidə benzin dolu yük maşını həyətdə partlayıb.

Oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaravəlli kəndində qeydə alınıb.

Kənd sakini, Zeynalov Abdul Behdulla oğlu idarə etdiyi benzin dolu yük maşınını evlərinin yaxınlığında saxlayıb. Bir müddətdən sonra yük maşını anidən alovlanıb və çox çəkmədən partlayış baş verib.

Hadisə yerinə gələn FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.






скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          498 08.06.19 13:31