Azərbaycanda bu məhkəmələrin adı dəyişdirilir » Median.Az News Agency


Azərbaycanda bu məhkəmələrin adı dəyişdirilir
Azərbaycanda mövcud olan yeddi inzibati-iqtisadi məhkəmənin hamısı bundan sonra inzibati məhkəmə adlandırılacaq. Bu, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən, yeni - kommersiya məhkəmələrinin yaradılması ilə birbaşa bağlıdır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Məhkəmələr və hakimlər haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edərkən bildirib.

Qeyd edək ki, adıçəkilən qanuna edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi inzibati məhkəmələr adlandırılacaq.

Yəni təklif edilən dəyişikliklə mövcud qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılır.


M. İbrahimqızı onu da bildirib ki, “İqtisadi” sözü məhdud mənanı ifadə edir.

“Amma “İnzibati” sözü daha geniş anlamı, mənanı özündə birləşdirir. Həm də dünya təcrübəsində belədir, yəni “İnzibati” məhkəmələr məfhumundan istifadə olunur.

Odur ki, bizdə də məhz dünya təcrübəsinə uyğun olaraq, “İnzibati” məhkəmələr məfhumundan, sözündən istifadə olunması məqsədəuyğun sayılıb. Bu, təkcə söz dəyişikliyi deyil, həm də mahiyyət dəyişikliyidir.

Hesab edirəm ki, bu, həmin məhkəmələrin fəaliyyətində yeni bir mərhələ təşkil edəcək. Elə ölkədə aparılan məhkəmə-hüquq islahatlarında da məqsəd budur”, - deyə komitə sədrinin müavini əlavə edib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          525 07.06.19 17:51