Hesabı ödəmək istəmədi, taksi sürücüsünü bıçaqladı » Median.Az News Agency


Hesabı ödəmək istəmədi, taksi sürücüsünü bıçaqladı
İyunun 5-dən 6-na keçən gecə “London Taksi”də bıçaqlanma hadisəsi baş verib.

Xəzər RPİ-dən verilən məlumata görə, cinayətin qurbanı Xəzər rayon sakini 28 yaşlı Heydərov Kamran Bəhmən oğlu olub.

Yaralı 2 nömrəli Bakı Şəhər Xəstəxanasına gətirilib. Onun vəziyyəti ağır olduğuna görə dindirilməyib.

Buna baxmayaraq, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 31 yaşlı Bəhruz Dilavər oğlu Həsənovu saxlayıblar.

Bildirilir ki, sürücü ilə sərnişin arasında münaqişə hesabı ödəməmək istəyindən yaranıb.

Faktla bağlı araşdırma aparılır.//oxu.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          534 07.06.19 16:39