Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |    

Zəhra hadisəsi cəmiyyəti silkələdi - Uşaq oğruları ilə necə mübarizə aparmalı?

Son bir ildə paytaxt və regionlarda azyaşlıların itməsi halları artıb. Uşaqlar ya itkin düşür, ya da kimsə tərəfindən qaçırılır. Lakin statistika göstərir ki, bu kimi hallar, əsasən valideyn məsuliyyətsizliyi və diqqətsizliyi səbəbindən baş verir.

Cəmiyyəti silkələyən olay isə üç yaşlı Zəhranın qaçırılması oldu.

Azyaşlı hüquq-mühafizə orqanları tərəfindən tapılaraq ailəsinə təhvil verilsə də, bu, kimlərinsə növbəti qurban olmayacağı anlamına gəlmir.

Zəhra şanslılardan biridir, çünki tapmaq mümkün olub. Amma qaçırılaraq orqan mafiyasının qurbanı olanlar var, heç vaxt tapılmayanlar var...

Bəs valideynlər nə etməlidirlər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, son 10 ildə ölkədə uşaq oğurluğu faktına rast gəlinməsə də, hazırda belə hadisələr baş alıb gedir:

“Uşaqların kimlər tərəfindənsə, xüsusilə də qaraçılar tərəfindən qaçırılması halları çoxalıb. Mən hər dəfə deyirəm ki, bu roman tayfaları (qaraçıları nəzərdə tutur – red.) ilə mübarizə aparılmalıdır. Onların birlikləri tapılmalı və qarşısı alınmalıdır.

Valideynlər daim uşaqlarını diqqətdə saxlamalıdırlar. Ən çox da xüsusi qayğıya ehtiyac duyan uşaqları. Bir müddət əvvəl bir qadın televiziya verilişlərindən birinə çıxmışdı. Uşağı oğurlanmışdı. Eyni situasiya idi. Həmin uşaq olduqca zəif, əqli cəhətdən bir qədər problemli idi. Onu hədə-qorxu altında saxlamışdılar.

Üç yaşlı Zəhranın oğurlanması həmin hadisəni xatırlatdı. Zəhra rahat danışa bilmir. Həmin an və ya başqa təhlükə ilə qarşı-qarşıya qalsa, kömək istəyə bilməzdi.


Ailələr belə laqeyd yanaşmalar səbəbindən uşaqlarını həmişəlik itirə bilər. Zəhra tapıldı və ailəsinə təhvil verildi. Bəs tapılmasaydı?! Uşağın başına bir hadisə gəlsəydi?! Bir ömür peşmanlıq”.

K.Ağazadənin sözlərinə görə, problem valideynlərin uşaqları hədə-qorxu ilə “tərbiyə etmək” istəməsindən irəli gəlir:

“Valideyn uşağını qorxudur, “ora getmə”, “bununla danışma”, “səni döyərəm” kimi ifadələr işlədir. Belə təzyiqlər olmamalıdır. Onları sakit dildə başa salmaq lazımdır ki, yad insanlarla danışmaq olmaz. Tanımadığın insanlar nəsə təklif edəndə götürmə, yemə, dərhal anaya-ataya de.

İndi bəzi valideynlər deyəcək ki, iş-güc ucbatından daim uşağa nəzarət edə bilmirik. Amma bu, həmin diqqətsizlik ucbatından yaşanan hadisəyə bəraət qazandıra bilməz. Körpələr bəzən böyüklərin kiçik bir səhvinin cəzasını ömür boyu çəkirlər. Belə olmaz”.

K.Ağazadə vurğulayıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar ümumiyyətlə nəzarətsiz qalmamalıdır:

“Valideyn məsuliyyətinin artırılması üçün işlər aparılmalıdır. Ehtiyatsızlıq səbəbindən onlarla uşaq bu gün yanıq şöbələrində yatır.

Valideyn diqqəti tək anaların çiyninə yüklənməməlidir. Burada atanın, nənənin, babanın, ailənin digər üzvlərinin də məsuliyyəti var. Bu halların qarşısını almaq üçün valideynlərə də cəza verilməli deyil ki?! Övladlarına qarşı qeyd-şərtsiz diqqətli olmalıdırlar”.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 966 07.06.19 12:25