Zəhranı qaçıran qadını hansı cəza gözləyir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |    

Zəhranı qaçıran qadını hansı cəza gözləyir?

Bildiyimiz kimi, iki gündür itkin düşən 3 yaşlı Zəhra Bağırzadə bu gün polis əməkdaşlarının səyi nəticəsində tapılıb. Azyaşlını oğurlayan qadın Təzəgül Nəzərova isə saxlanılıb. Azyaşlının qadın tərəfindən oğurlanması böyük qınağa səbəb olub. Bəs, bu hadisəni törədən T. Nəzərovanı hansı cəza gözləyir? O, neçə il müddətinə azadlıqdan məhrum edilə bilər?

Vəkil Zaur Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, azyaşlını oğurlayan qadın barəsində hələ ki, istintaq aparıldığından, dəqiq fikir söyləmək çətindir. Vəkilin ehtimalına görə, hazırda hadisə ilə bağlı iki maddə ilə ittham irəli sürülsə, T. Nəzərova 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

“Ona qarşı Cinayət Məcəlləsinin 144.1, yəni, Adam oğurluğu və 144-2.2.3, yəni Məcburi əmək yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə ittiham irəli sürülə bilər. Çünki həmin şəxs Zəhranı oğurlamaqla yanaşı, onu məcburi əməyə yəni, dilənməyə məcbur edib. Bu baxımdan Təzəgül Nəzərovanın günahı sübuta yetirilərsə, onu 15 ilədək həbs cəzası gözləyə bilər” - deyə, vəkil əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 425 06.06.19 18:13