AÇ-də ikinci medalımız gümüş oldu » Median.Az News Agency


AÇ-də ikinci medalımız gümüş oldu
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində Əsgər Əlizadə final qarşılaşmasına çıxıb.

Lakin idmançımız gürcü rəqibi Dieqo Çxilvadzeyə 3:8 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl Zaur Əliyev (-55 kq) bürünc medal qazanmışdı. O, erməni güləşçisi Qevorq Sukiasyana 3:1 hesabı ilə qalib gələrək Azərbaycana ilk medalı qazandırmışdı.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          425 06.06.19 11:12