Qidaların psixologiyamıza qəribə təsiri » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Qidaların psixologiyamıza qəribə təsiri

Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

Median.Az
bu yazıda oxuyucuları qidaların insan psixologiyasına təsiri ilə tanış edib.

1. Düyü

Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfi yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

2. Qızardılmış qardağıdalı

Qızardılmış qarğıdalı sinir sisteminin normal çalışması üçün lazım olan protein, fosfor, dəmir, maqnezium ilə zəngindir. B vitamini isə depressiya və stresslə mübarizədə təsirlidir.

3. Tuna balığı

Tuna balığında civə yüksəkdir, amma orqanizmdə civənin həddən artıq bolluğu yaddaşın pozulmasına gətirib çıxara bilər. Bundan başqa, tuna balığında poliklorinli bifenil adlanan sintetik maddə var ki, bu da hormonal fonu və əsəb sisteminin işini pozur.

4. Donuz piyi

Donuz piyi nadir rastlanan arakidon turşusu ehtiva edir. Bədənin toxumalarının bir hissəsidir və beynin normal işləməsi üçün vacibdir. Alzheymer xəstəliyinə qarşı mübarizə də kömək edir.

5. Taxıllar

Taxıl bitkiləri boy inkişafı üçün lazımdır, amma qlüten bizim üçün faydalı maddələri məhv edə bilər. Bu maddələrin olmaması isə isteriya hücumlarına və depressiyaya gətirib çıxarır.

6. Qara şokolad

Qara şokoladda beyin hüceyrələrini aktivləşdirən flavonoidlər var. Bu məhsul qan damarlarını genişləndirir, zehni fəaliyyəti stimullaşdırır və beynə oksigen axınını artırır.

7. Pendir

Pendir protein parçalanması nəticəsində meydana gələn tiramin ehtiva edir. Tiramin qan təzyiqini əhəmiyyətli dərəcədə artırır və miqrenə səbəb ola bilər.

8. Bişmiş kartof

Bişmiş kartof oksigenin beyinə daxil olmasına kömək edən kaliumla zəngindir. Həmçinin tərkibindəki qlükoza, B vitamini və amin turşuları beynə qan dövranını stimullaşdırır və performansını artırır.

9. Paxla

Paxla tanin ehtiva edir. Taninin çox olması bədəndə dəmir kimi elementlərin sovrulmasına mane olur. Bu, beyin qan dövranını poza və anemiya səbəb ola bilər.

10. Sarıkök

Sarıkökdə olan kurkumin adlı maddə çox güclü antioksidandır və beynin yaşlanmasını maneə törədir. Bu maddələr adətən yaşla əlaqədar olaraq pisləşən koqnitiv funksiyaları dəstəkləyir.

11. Zəfəran

Zəfəran B və C vitamini kimi bir çox elementlər ehtiva edir. Beyin funksiyasını yaxşılaşdırır, həmçinin bəzi psixoloji pozuntulara kömək edir.

12. Darçın

Darçın iki əhəmiyyətli maddənin tərkibi sayəsində beyni aktivləşdirir. Əgər diqqət pozğunluğu və fikir dağınıqlığından əziyyət çəkirsinizsə, onda darçın bu problemlərin həllinə kömək edəcək. Bu, xüsusilə sürücülər üçün faydalıdır. Məsələ ondadır ki, darçın qoxusu tənəffüsü sakitləşdirir və fikri toplamağa kömək edir. Bunu amerikalı tədqiqatçılar araşdırıb. Onlar həmçinin əlavə ediblər ki, darçın qoxusu insanlarda reaksiya tezliyini yaxşılaşdırıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 256 05.06.19 22:16