Rusiya XİN-i AvroLiqanın Bakı finalı barədə açıqlama verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Rusiya XİN-i AvroLiqanın Bakı finalı barədə açıqlama verdi

İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir.

Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ənənəvi olaraq keçirdiyi brifinqdə deyib.

Bakıda UEFA Avropa Liqasının mayın 29-da keçirilən final oyununun siyasiləşdirilməsi cəhdləri ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, buna uyğunlaşmağa çalışsaq da, o demək deyil ki, bu cəhdlərlə razılaşırıq:

“İdman tədbirlərinin siyasiləşdirilməsi BMT tərəfindən qəbul olunan qaydalarla, həmçinin ölkələrarası ikitərəfli və çoxtərəfli razılaşmalarla ziddiyyət təşkil edir. İdman birləşməyi təşviq edir, parçalanmağı yox. Yada salmaq lazımdır ki, antik dövrdən etibarən belə bir ənənə mövcuddur ki, münaqişələrin qarşısını almaq üçün müxtəlif idman yarışları təşkil olunur. Biz 21-ci əsrdə bu ənənəni yaşatmalıyıq”.

Təhlükəsizlik məsələlərinə gəldikdə, rusiyalı rəsmi qeyd edib ki, Bakını qorxulu şəhər adlandırmaq çətindir:

“Mən böyük məmnuniyyətlə Bakıya səfər edir, nazirlik əməkdaşı kimi rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak edirəm. Son 10 ildə Azərbaycan paytaxtında baş verən müsbət dəyişiklikləri qeyd edə bilərəm. Bakı mənim məmnun qaldığım şəhərlər sırasındadır”.

Qeyd edək ki, mayın 29-da UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakı Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında “Çelsi” komandası “Arsenal”ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq tarixində ikinci dəfə bu turnirin qalibi adını qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 054 05.06.19 22:07