Nərimanov rayonunda ərini öldürən qadın 12 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |    

Nərimanov rayonunda ərini öldürən qadın 12 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Vəfa Orucovanın CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Nərimanov RPİ əməkdaşları tərəfindən cinayəti ailə münaqişəsi zəminində törədən Vəfa Orucova saxlanılıb və istintaqa təqdim edilib.

İstintaqa ifadə verən qadın əməlini etiraf edərək, bildirib ki, içki düşkünü olan əri onu pul qazanmağa məcbur edib. Bu səbəbdən aralarında dəfələrlə mübahisələr baş verib. Axırıncı dəfə onun təhqirlərinə dözməyən Vəfa məişət təyinatlı bıçaqla Rövşənə ölümlə bilavasitə səbəbli əlaqəsi olan zərbələr vurub.

Məhkəmənin hökmü ilə V.Orucova 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 232 05.06.19 17:51