Kimlər infarkt ola bilər? - Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:32 Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |     13:21 Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB  |     13:18 Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO  |     13:15 Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib  |     13:14 Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək  |    

Kimlər infarkt ola bilər? - Alimlərdən ŞOKA DÜŞƏCƏYİNİZ ARAŞDIRMA

Alimlər müəyyən edib ki, səhər yeməyini buraxan və şam yeməyini yatmazdan əvvəl yeyən insanların infarkt olmaq riski yüksəkdir.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, ekspertlər səhər saatlarında qəbul edilən qidaların bədəni daha sürətlə yandırdığını və hormonları sağlam bir balansa gətirib çıxardığını deyib.

Odur ki, “Səhər yeməyini padşah, günorta yeməyini şahzadə, axşam yeməyini isə nökər kimi ye” məsəli öz elmi təsdiqini tapır. Bu, onu göstərir ki, səhər yaxşı qidalanan insanlar gün ərzində daha az acır.

Araşdırma Braziliyanın Sao Paulo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən infarkt keçirən 113 nəfər üzərində aparılıb. 57 faizi səhər yeməyini həftədə ən az üç dəfə buraxıb, 51 faizi həftədə üç dəfə gec şam edib, 41 faizi isə həm səhər yeməyini buraxıb, həm də gec şam edib.


Məlum olub ki, səhər yeməyini mütəmadi olaraq buraxan və yatmazdan bir-iki saat əvvəl yemək yeyənlərin infarktdan ölmək riski 4-5 dəfə daha yüksəkdir və ya ürək tutmaları yenidən baş verir.

Araşdırma rəhbəri həkim Markos Minikuççi “Qidalanma diaqnozu yaxşılaşdırmağın ən ucuz və sadə yoludur. Yaxşı səhər yeməyi süd və tam taxıl məhsullarından, həmçinin nə qədər qəribə olsa da, meyvələrdən ibarətdir. Səhər yeməyi gündəlik qida kalorinin 15-35 faizini təşkil etməlidir”, - deyə qeyd edib.

Alimlərinin sözlərinə görə, səhər yeməyini buraxan və gec şam edən insanların qeyri-sağlam və pis vərdişlərə sahib olma şansı yüksəkdir. Bundan başqa, onlarda fiziki fəaliyyətlər də aşağı səviyyədədir.


"Biz də inanırıq ki, iltihablı reaksiya, oksidativ stress və endotelial funksiya qeyri-sağlam qidalanma ilə bağlı ola bilər. Bu isə ürək-damar problemlərinə yol açır”.

İnfarkt nədir?

Tibbi olaraq miyokard infarktı kimi bilinən infarkt qan dövranın ürəyə verilməsi qəflətən bloklanması zamanı baş verir. Simptomlar sinədə ağrı, təngənəfəslik, zəiflik və narahatlıq hissi şəklində özünü göstərir. İnfarkt siqaret, yüksək təzyiq və diabet xəstəlikləri nəticəsində meydana gələ bilər. Riskləri azaldın, siqaret çəkməyin, mütəmadi olaraq məşq edin və alkoqolu orta səviyyədə için.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 765 04.06.19 22:43