Lazerlə yox etdiyimiz tüklər əslində dərimizi qoruyur » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |    

Lazerlə yox etdiyimiz tüklər əslində dərimizi qoruyur

Qədim zamanlardan bəri bədəndə artıq tüklərin olması qadınların qorxulu yuxusuna çevrilib. Bəs görəsən, bədənin müxtəlif yerlərində tüklərin əmələ gəlməsinə səbəb nədir?

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, bədəndə miqdarından çox tüklərin əmələ gəlməsi "endokrin" xəstəliyi adlanır. Qadında yumurtalıq, böyrəküstü vəzlərin, hipotalamus və hipovis sistemi xəstəlikləri (beyinlə bağlı xəstəlik) olduqda bədəndə tüklənmə prosesi gedir. Bədəndəki tüklərin yaranma səbəbini aydınlaşdırmaq üçün ilk növbədə qadınların qanındakı hormonlar yoxlanılır. Əgər tüklənmə hansısa xəstəlikdən əməmlə gəlirsə, onun müalicəsi mümkündür.
Birincisi, qadınlara müxtəlif dərmanlardan ibarət müalicələr edilir. Bəzən isə dərmanla müalicə xəstəliyin qarşısını almağa kifayət etmir. Bu halda cərrahi yollardan istifadə olunur. Bəzən yumurtalıqlarda və böyrəküstü vəzlərdə xoş və ya bəd xassəli şişlər olur ki, bu da bədəndə kişi hormonlarının artmasına gətirib çıxarır. Bədəndə kişi hormonlarının artması tüklənməni artırır. Aylıq sikl pozğunluqlarından şikayət edən xanımlarda da tüklənmə halları müşahidə edilir.

Tükün bədəndəki rolu...

Tükdən tamamilə azad almaq istəyi xanımlarımızda günü-gündən artır. Ancaq xanımlar bilməlidirlər ki, tüklər orqanizmdə qoruyucu funksiyaları yerinə yetirir. Onlar dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Ultrabənövşəyi şüalar bədəndə ləkələr əmələ gətirir. Bədəndəki tüklər isə müdafiə xarakterli olub ultrabənövşəyi şüaların dəriyə çox düşməsinin qarşısını alır. Son bir neçə ildə isə lazer deyilən üsulla bütün bədən tüklərindən xilas olmaq mümkündür. Bundan istifadə edənlərin sayı günü-gündən artır.

Yay mövsümündə lazer edilməsi qadağandır. Çünki epilyasiya dərinin həssaslığını artırır. Prosesdən sonra günəş altında gəzdikdə dəridə problemlər yaranır. Elə başqa mövsümlərdə də epilyasiya etdirdikdən sonra günəş altında gəzmək, solyariyə girmək ziyandır.

Ağ dərili insanlarda tüklərdən azad olmaq yolu daha asandır. Ancaq qara dərili insanların tükləri cod olduğu üçün onlarda bu proses çox çətin gedir. Statistikaya görə, dünyada tüklərdən əziyyət çəkməyən yeganə xalq yaponlardır. Yaponlar demək olar ki, çox nadir hallarda epilyasiyadan istifadə edirlər.

Lazer təhlükəlidir...

Elə dəri var ki, onda onkoloji xəstəliklərə meyil çoxdur. Bu tip dərisi olan insanların lazer etdirmələri təhlükəlidir. Belə insanlarda dəri xərçənginin yaranma ehtimalı yüksəkdir. Eyni zamanda hamiləlik vaxtı da foto və ya lazer epilyasiyasına icazə verilmir. Çünki hamilə qadınlara şüa ziyandır. Artıq şüa onların qarın nahiyələrində ağrıların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda şəkər və ürək xəstələrinin, allergiyası olan insanların epilyasiyadan istifadə etmələrinə icazə verilmir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 529 03.06.19 21:29