Azərbaycanda tanınmış futbolçuya qarşı dələduzluq edənlərə hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |    

Azərbaycanda tanınmış futbolçuya qarşı dələduzluq edənlərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Xudiyev 11 il və Ç.Bağırov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Bakı” MTK-nın vəzifəli şəxsləri - Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar. Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər. Daha sonra onlar Rəşad Əliyevdən 144 min dollar, Fuad Babayevdən 135 min manat alaraq başqalarına satdıqları mənzili təkrar satıblar. Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmişlər arasında “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib. Xatırladaq ki, təqsirləndirilən Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 109 03.06.19 20:40