Oksana oğlundan danışdı: "Atası kimi sakitdir" - VİDEO » Median.Az News Agency


Oksana oğlundan danışdı: "Atası kimi sakitdir" - VİDEO
"Oğlum mənə yox, atasına oxşayır. Ağlağan uşaq deyil, atası kimi sakitdir. Hətta sifət quruluşu da ona bənzəyir".

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Söhbət var" verilişində deyib.

Yeni doğulan övladı Osmandan danışan sənətçi oğlunu xalasının saxladığını bildirib:

"Sifətdən 1 qram da mənə oxşamır. Adını atası ilə birgə qoyduq, amma əsas fikir məndən gəldi. Osman adını hədsiz bəyənirəm. Bu adı seçməkdə 2 əsas səbəbim var: birincisi, 3-cü xəlifə Osman ibn Əffan. Ən varlı və mərhəmətli xəlifə olub. İkincisi, Osmanlı imperiyasının əsasını qoyan Osman Qazi. Buna görə də bu adı seçdim”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          880 03.06.19 19:31