Gürcüstan XİN Qarabağda keçirilən çempionata münasibət bildirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Gürcüstan XİN Qarabağda keçirilən çempionata münasibət bildirib

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində CONİFA tərəfindən keçirilən tədbirə münasibət bildirib.

Bəyanatda qeyd olunur ki, tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatının təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları Konfederasiyasıdır.

“Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır.

Buna görə, Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz.

Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub.

Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir", - deyə məlumatda qeyd edilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 491 03.06.19 19:04