“Korrupsiya və Qanun” qəzetinin müxbirinə 3 il həbs cəzası verilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

“Korrupsiya və Qanun” qəzetinin müxbirinə 3 il həbs cəzası verilib

Astara rayonunda xuliqanlıqda təqsirləndirilən Tağı Quliyevin məhkəmə prosesi keçirilib.

ONA-nın məlumatına görə, Astara rayon Məhkəməsinin hökmü ilə Tağı Quliyev xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya məhkəməsinə müraciət edib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən Tağı Quliyevin şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs ifadəsində “Korrupsiya və Qanun” qəzetində bölgə müxbiri işlədiyini bildirib.

O, ittihama görə, Tağı Quliyev Astara Rayon Mərkəzi Xəstəxanasının binasındakı uşaq poliklinika şöbəsinə gedərək, şöbənin yerləşdiyi sahənin dəhlizində aqressivlik nümayiş etdirib.

O, eyni zamanda poliklinikanın dəhlizində xəstəxanada qayda-qanun yaradacağını uca səslə elan edib, ucadan nalayiq küçə söyüşləri söyüb.

Tağı Quliyev xəstəxananın baş tibb bacısı Rəcəbova Sənubər Cahangir qızının üzərinə heç bir əsaslı səbəb olmadan hücum çəkib, onun ünvanına ucadan söyüşlər söyüb. Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək Sənubər Rəcəbovanın əlindəki fincanı alıb, onun baş nahiyəsindən fincanla vurub. Tağı Quliyev zorakı əməllərini davam etdirib yenidən həmin fincanla zərərçəkmişin baş nahiyəsinə vurmaq istəyərkən Sənubər Rəcəbova bu zərbədən əyilməklə yayındığından, zərbə qadının çiyin nahiyəsinə dəyərək fincan yerə düşüb sınıb.

O, bununla da kifayətlənməyib, digər tibb bacısı Süleymanova Pərvanə Əkbər qızına qarşı da müstəsna aqressiya nümayiş etdirib.

Onu da qeyd edək ki, Tağı Quliyev əvvəllər də məhkumluq həyatı yaşayıb. O, 2002-ci ildə Rusiyada adam ölümündə təqsirləndirilərək 13 il azadlıqdan məhrum edilib. Daha sonra Azərbaycana ekstradisiya edilib, 2014-cü ildə azadlığa çıxıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 111 03.06.19 18:28