58 yaşlı kişi tut ağacından yıxılaraq öldü » Median.Az News Agency


58 yaşlı kişi tut ağacından yıxılaraq öldü
Gəncədə bədbəxt hadisə baş verib.

58 yaşlı şəhər sakini Xatır Rzayev tut ağacından yıxılaraq ölüb. O ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə aparılıb. Edilən bütün müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

X.Rzayevin başından ağır xəsarət aldığı bildirilir. Hazırda Gəncə şəhər Prokurorluğu tərəfindən fakt araşdırılır.

//oxu.az
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          520 03.06.19 11:54