Neftçilər prospektində motosiklet dirəyə çırpıldı, qız və oğlan yaralandı - FOTO » Median.Az News Agency


Neftçilər prospektində motosiklet dirəyə çırpıldı, qız və oğlan yaralandı - FOTO
Səhər saatlarında Bakının Səbail rayonunda baş verən motosiklet qəzasında iki nəfər xəsarət alıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində Rza Qasımovun idarəetməsindən çıxan motosiklet yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində sürücü və motosikletdəki sərnişin 1998-ci il təvəllüdlü Baxışova Kübra Ceyhun qızı xəsarət alıb.

Yaralılar dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hər iki yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin ehtimala görə, hadisə sürət həddinin aşılması səbəbindən baş verib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.



 скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          739 01.06.19 16:39