Arvadını öldürüb 4-cü mərtəbədən atan həbs edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |     16:18 “Crocus”da terror hücumunun ödənişi hansı vasitələrlə edilib?  |     15:56 Rusiya XİN: “Ermənistan rəhbərliyi özü də etiraf edir ki, Azərbaycanla sərhədi delimitasiya etmək lazımdır”  |     15:38 Elmira Süleymanova vəfat etdi  |     15:33 Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb  |     15:31 HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə  |     13:57 Bakıda türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin iclası keçirilib - YENİLƏNİB  |     13:45 İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO  |     13:43 Bakıda üç məktəbin direktoru barəsində intizam tənbeh tədbiri görülüb  |     13:41 Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək  |     13:39 Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA  |     13:37 Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO  |     13:35 Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular  |     13:32 Bakıda mənzildə qadın meyiti aşkarlanıb  |     13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |    

Arvadını öldürüb 4-cü mərtəbədən atan həbs edildi

Bakıda arvadını bıçaqlayaraq öldürən şəxs saxlanılıb. Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə mayın 30-u saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızının bədənində kəsici-deşici xəsarətlər olan meyiti M.Fətəliyev küçəsində yerləşən binanın qarşısında tapılıb. Rayon polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

F.Məmmədovanı öldürməkdə şübhəli bilinən əri, 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xatırladaq ki, ilkin yayılan məlumata görə, V.Məmmədov arvadı F.Məmmədovanı yaşadığı mənzildə başını kəsərək dördüncü mərtəbədən aşağı atıb. Onların birgə nikahdan iki övladı var.

Bundan öncə də V.Məmmədov arvadına yüngül həyat tərzi keçirməsinə görə bıçaqla xəsarət yetirib, həmin zaman isə qadının həyatını həkimlər xilas edib. Bu hadisə ilə bağlı hazırda məhkəmə çəkişməsi gedir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 063 31.05.19 13:50