Bakıda Avroliqanın finalı: Möhtəşəm futbol və matçın əla təşkili » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda Avroliqanın finalı: Möhtəşəm futbol və matçın əla təşkili

Azərbaycan paytaxtı Avropa Liqası turnirinin həlledici oyununu keçirmək tapşırığının öhdəsindən gəldi və yaxşı tərəfdən azarkeşlərin yaddaşına həkk olundu.

Bu fikirlər “Nezavisimaya qazeta”da dərc olunan “Bakıda Avroliqanın finalı: Möhtəşəm futbol və matçın əla təşkili” adlı məqalədə yer alıb.

“Çelsi” və “Arsenal” klublarının Avropa Liqasının finalında nümayiş etdirdiyi möhtəşəm oyun Avropa Liqasının finalının əsas hadisəsi oldu. Milyonlarla azarkeşin oyunun hesabını və komandaların meydandakı fəaliyyətini müzakirə etməsi bu görüşün təşkilatçılarının xidmətidir.

Qarşılaşma yüksək səviyyədə keçdi və ilin ən vacib matçlarından birinə nəinki stadion, bütün Azərbaycan paytaxtı hazır idi. Axı final ərəfəsində o, tənqidlərə tuş gəldi, ancaq həyat göstərdi ki, bunlar əsassızdır”, - məqalədə deyilir.

Qeyd edilib ki, bu il təşkil olunan Avroliqanın finalı son 10 ildə azarkeşlərin gəlməsi baxımından üçüncü olub və rəsmi məlumatlara görə, stadionda 51 min 370 azarkeş oyunu izləyib. Avroliqa finallarında ən çox azarkeş 2018-ci ildə Lionda keçirilən oyunda olub.

Həmin vaxt “Marsel” – “Atletiko” qarşılaşmasını 55 min 768 nəfər izləyib. İkinci yerdə “Atletiko” və “Atletik” arasında Buxarestdə baş tutan final olub ki, bu oyunu stadiondan 52 min 347 azarkeş izləyib.

“Britaniyanın London derbisi öncəsi oyunun Bakıda keçirilməsinə qarşı informasiya kampaniyası aparmasına baxmayaraq, qarşılaşmanı bu qədər azarkeş izləyib. İlk növbədə, Azərbaycan paytaxtındakı stadionu seçən Avropa Futbol Assosasiyası Birliyini (UEFA) tənqid etdilər.

Müzakirə edilən əsas məsələlərdən biri “Arsenal”ın forvardı Henrix Mxitaryanın təhlükəsizlik səbəbindən Bakıya uçmaqdan imtina etməsi olub. Eyni zamanda, Britaniya KİV bildirirdi ki, şəhər və onun rəhbərliyi tapşırığın öhdəsindən gələ bilməyəcək, azarkeşlər isə qalmaq və stadiona çatmaqla bağlı problemlərlə qarşılaşacaq.

Bundan başqa, çoxları niyəsə unudublar ki, Bakı Birinci Avropa Oyunları, bədii gimnastika üzrə dünya kuboku və dünya çempionatı, “Formula -1” yarışları kimi oyunlara ev sahibliyi edib”, - yazıda bildirilir.

Qeyd olunur ki, UEFA prezidenti Aleksandr Çeferin birliyin oyunları dünyada inkişaf etdirmək üçün vacib qarşılaşmaları nəinki tanınmış futbol paytaxtlarında, eləcə də, bu cür oyunlara ev sahibliyi etməyən şəhərlərdə də keçirməklə bağlı təklifini müdafiə edib.

“Düzünü desəm, iddiaları anlamıram və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlərə Bakı və ya Bilbao ilə müqayisədə London və Romadakı mehmanxanaları bron etmək daha asandır. Ancaq bu, o demək deyil ki, biz bu cür şəhərlərdə matçlar keçirməməliyik”, - UEFA rəhbəri deyib və bildirib ki, UEFA Avropa Liqasının final oyunun Bakıda keçirilməsi üçün hazırlıqlar yüksək səviyyədə aparılıb.

“Fanatları aeroportda xoş sürprizlər gözləyirdi. Misal üçün, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları aeroportda azarkeşlərə gül və suvenirlər verirdilər. Qonaqların stadiona rahat çatması üçün “Koroğlu” metrostansiyasından arenaya xüsusi və pulsuz avtobuslar fəaliyyət göstərirdi.

Dənizkənarı Milli Parkda azarkeşlər üçün festival təşkil edilmişdi, oyuna stadiondan kənarda baxmaq istəyənlər üçün şəhərin bir neçə yerində böyük monitorlar quraşdırılmışdı. Təşkilatçılar hətta ingilis azarkeşləri arasındakı ənənəvi davaya icazə vermədilər. Finalı xatırlayarkən azarkeşlər qarşıdurmalar zamanı neçə fanatın xəsarət alması ilə bağlı deyil, hesab, oyun haqqında danışacaqlar”, - məqalədə qeyd edilib.

“Hər şey yaxşı təşkil olunmuşdu. “Çelsi” qol vuran zaman “Arsenal”ın bəzi azarkeşləri aqressiya göstərdilər. Ancaq, düzünü desək, heç bir qarşıdurma görmədim. Ümumilikdə atmosfer xoşagələn idi. Biz “Çelsi” azarkeşləri ilə danışdıq”, - bu fikirləri “Vestnik Kafkaza”nın jurnalistinə britaniyalı azarkeş Riçard Skeyls deyib. – Təəssüf edirəm ki, qələbə qazana bilmədik, ancaq oyun, final, Bakı çox xoşuma gəldi, çox gözəl şəhərdir. Mən birinci dəfədir Bakıdayam. Burada hamı dostsevərdir. Bu, əla səfər idi. Təkcə qarşılaşmanın nəticəsi üzücüdür”.

“Əlbəttə, Böyük Britaniyada çoxlu azarkeşlər var və mən oxudum ki, çoxları seçilmiş yerlə bağlı tənqid səsləndirirlər, ancaq fikrimcə, insanlar çox vaxt unudur ki, azarkeşlər dünyanın hər yerində var, - avstriyalı azarkeş Devid Makkey Eurasianet.org portalının jurnalistinə deyib. - “Əlbəttə, birbaşa uçuşlar yaxşıdır, ancaq tranzitlə bir neçə saata gəlmək böyük problem deyil, - o deyib. – Mənə elə gəlir ki, İngiltərədə çox səs salırlar”.

“Bu, əla oyun idi və hər iki komanda finala çıxmaq üçün çox şey etdilər, - “Facebook” hesabında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts qeyd edib. – İki komandamız üçün möhtəşəm final keçirdiyi üçün Bakıya əhsən! Stadion dünya səviyyəsində idi”.

Bu səviyyədə təşkil olunan Avropa Liqasının finalı Azərbaycan paytaxtında və bütün ölkədə inkişaf üçün vacib mərhələ olacaq. Qeyd edək ki, ötən il Rusiyada keçirilən Dünya Çempionatı ərəfəsində bəzi KİV-lər yarışı boykot etmək üçün kampaniya başlatmışdı.

Jurnalistlər dəfələrlə fantastik şeylər yazırdılar ki, Rusiya oyunları keçirmək üçün təhlükəsiz deyil, azarkeşlər dəhşətli nəqliyyat infrastrukturuna görə şəhərlər arasında qalacaqlar. Ancaq Rusiyada keçirilən mundial futbol tarixinin ən uğurlu yarışı oldu.

“Yaxın vaxtlarda təşkilatçılar Avropa Liqasının finalının Bakıda keçirilməsinin təsirlərini qiymətləndirəcək və nəticələrin heyranediciliyi təəccüblü olmayacaq”, - qəzet yazıb.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 170 31.05.19 12:38